Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünya futbolunun əfsanəsi Leonel Messi və komanda yoldaşları Bakıdadı. Argentinalının gənclər və idman naziri Fərid Qayıbovla görüşməyəcəyini xəbər vermişdik.
Maraqlıdı, dünya ulduzunun AFFA-nın prezidenti Rövşən Nəcəflə görüşü nəzərdə tutulubmu?
“Football-plus.az”ın sualını AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli cavabladı:
“Rövşən müəllimlə Messinin görüşü nəzərdə tutlmayıb”.
Elnur bəydən həm də bu həftə keçiriləcəyi gözlənilən İcraiyyə Komitəsinin iclasının vaxtını soruşduq. Yenə də tarix dəqiqləşməyib...
ƏSƏD SEYİDOV