Messi sabiq klubuna qarşı oynayacaq

24.06.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Klublararası Dünya Çempionatında A və B qrupunda qrup mərhələsinin oyunları başa çatıb.

Futbolpress.az xəbər verir ki, A qrupundan “İnter Mayami”, “Palmeyras”, B qrupundan isə PSJ və “Botafoqo” növbəti mərhələyə yüksəlib.

“İnter Mayami” pley-offda PSJ, “Palmeyras” isə “Botafoqo” ilə qarşılaşacaq.

“İnter Mayami”nin kapitanı Lionel Messi üçün Paris klubu ilə matç əlamətdar olacaq. Belə ki, o, PSJ-dən məhz ABŞ klubuna keçib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью