Messi skamyada 20 ildən sonra ilk dəfə

28.06.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lionel Messi 2026-cı il dünya çempionatının J qrupunun III turunda İordaniya ilə keçirilən oyuna ehtiyat oyunçular skamyasından başlayıb.

Apasport.az xəbər verir ki, bununla da Argentina millisinin kapitanı 20 ildən sonra ilk dəfə dünya çempionatında matça start heyətində çıxmayıb.

Messi qərarını gənc futbolçulara şans verilməsi ilə izah edib:

“İordaniya matçında ehtiyatda başlamaq istəyirdim ki, gənclər də forma şansı əldə edə bilsin”.

Messi mundiallarda sonuncu dəfə 2006-cı ildə Serbiya və Çernoqoriyaya qarşı qrup matçında ehtiyatda qalmış, 74-cü dəqiqədə meydana daxil olaraq 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Leo, o vaxtdan bəri iştirak etdiyi bütün dünya çempionatı oyunlarına start heyətində başlamışdı.

Cənubi Koreya üçün DÇ-2026 bitdi - Pley-off şansını itirdi İngiltərənin rəqibi bəlli oldu - DR Konqo ilə qarşılaşacaq DÇ-2026: 1/16 final - Portuqaliya-Xorvatiya DÇ-2026: Messi ehtiyatda: İordaniya - Argentina - Heyətlər DÇ-2026: Əlcəzair - Avstriya matçının heyətləri açıqlandı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью