“Messi son dərəcə təxribatçı davranırdı

13.07.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Messi son dərəcə təxribatçı davranırdı"

Misir milli komandasının baş məşqçisi Hossam Hassan DÇ-2026-nın 1/8 finalında Argentinaoya uduzduqları oyun haqd yenidən  danışıb.

QOL.az xəbər verir ki, o, rəqibin kapitanı Lionel Messini tənqid edib. Mütəxəssis "Footmercato"ya açıqlamasında deyib:

“Messi son dərəcə təxribatçı davranırdı. Bilmirəm hansı səbəbdən hakimlikdən narazılığımızı bildirdiyimiz anda texniki zonamıza yaxınlaşdı. Argentina futbolçuları meydana çox soyuqqanlı çıxmışdılar və hakimin bəzi qərarlarının onlara verdiyi üstünlüklərdən istifadə etdilər. Aydın görünürdü ki, onlar məşqçilər heyətimizə və futbolçularımıza psixoloji təzyiq göstərməyə, bizi təxribata çəkməyə çalışırdılar”.

Xatırladaq ki, Misir milli komandası 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Argentina milli komandasına 2:3 hesabı ilə məğlub olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью