Messi, Suares və Levandovski MLS də ilin ən yaxşı qolu uğrunda mübarizə aparacaq

10.11.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin MLS çempionatında 2026-cı ilin müntəzəm mövsümünün ən yaxşı qolu mükafatına namizədlər müəyyənləşib.

Moderator.az xəbər verir ki, siyahıda “İnter Mayami”nin hücumçuları Lionel Messi və Luis Suares, eləcə də “Çikaqo Fayr”ın forvardı Robert Levandovski yer alıb.

Ümumilikdə 18 futbolçunun namizəd olduğu siyahıya Marsel Hartel (“Sent-Luis Siti”), Zavyer Qoso (“Real Solt Leyk”), Ceyd Terri (“Los-Anceles”), Evander (“Sinsinnati”), Xoakin Pereyra (“Minnesota Yunayted”), Andre Luis (“Sportinq Kanzas Siti”), Brayan Vera (“Monreal”), Kavan Sallivan (“Filadelfiya Yunion”), Useni Buda (“San-Xose Ertkuayks”), Martin Oheda (“Orlando Siti”), Nikolas Fernandes Merkau (“Nyu-York Siti”), Yadali Diabi (“Vankuver Uaytkeps”), Gilherme Biro (“Ostin”) və Xani Abubakar Muxtar (“Neşvill”) da daxil edilib.

Qeyd edək ki, namizədlər arasında yeganə qapıçı “Toronto”nun futbolçusu Luka Gavrandır. /Teleqraf/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью