Messi tarix yazmağa davam edir 49 cu titul

17.09.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi karyerasında 49-cu komanda titulunu qazanıb.

Apasport.az xəbər verir ki, ABŞ klubu sentyabrın 17-də keçirilən Kampionlar Kuboku uğrunda görüşdə Meksikanın “Kruz Azul” komandasını 2:0 hesabı ilə məğlub edib.

Messi qarşılaşmada qollardan birinə imza atıb. 39 yaşlı futbolçu üçün bu, “İnter Mayami”də 100-cü, peşəkar karyerasında isə 929-cu qol olub.

Qeyd edək ki, “İnter Mayami” tarixində ilk dəfə 2018-ci ildən keçirilən Kampionlar Kubokunu qazanıb.

Messi daha əvvəl “Barselona” ilə 35, PSJ ilə 3, “İnter Mayami” ilə 4, Argentina millisi ilə isə 6 titul əldə edib. Bununla da argentinalı futbolçu futbol tarixində ən çox komanda tituluna sahib oyunçu kimi öz rekordunu yeniləyib.

Bu göstəricidə ikinci pillədə Messinin “Barselona”dakı sabiq komanda yoldaşı Dani Alves qərarlaşıb – 45 titul.

Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilin sonunadəkdir.

“Fənər” azarkeşlərinə şad xəbər - Asensio zədəsini sağaldıb Mali millisinin üzvü "Ayaks"da - RƏSMİ Tedeskonun "Bolonya" macərası qısa çəkdi Avropa Liqası matçları bu kanallarda - TV AFİŞA "Samsunspor"dan "Olimpiakos"a - RƏSMİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью