Messi üçün biletlər 3 dəqiqəyə tükəndi

19.10.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“İnter Mayami”nin futbolçusu Lionel Messi İspaniyaya səfər edəcək.

Futbolpress.az xəbər verir ki, argentinalı hücumçu “Astruiya Şəhzadələri” mükafatları tədbirində iştirak etmək üçün sözügedən ölkəyə yollanacaq.

Tədbirə qatılmaq üçün azarkeşlərə 4700 bilet pulsuz ayrılıb. Biletlər onlayn platformada 3 dəqiqə ərzində tükənib. Növbədə isə daha 16 min 200 nəfər olub.

Messi səfər çərçivəsində Ovyedo İdman Sarayında uşaqlar və gənclərlə görüşəcək.

Argentinalı futbolçu idman nailiyyətləri və xeyriyyəçilik fəaliyyətlərinə görə “Asturiya Şəhzadəsi” mükafatını qəbul edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью