Messi üçün “Kamp Nou”da vida matçı keçiriləcək

13.10.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Barselona” klubunun İdarə Heyətinin keçmiş üzvü Toni Freyş Lionel Messinin “Kamp Nou”da vida matçı olacağını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, keçmiş funksioner bu barədə ölkəsinin mətbuatına açıqlamasında deyib:

“Yarım il sonra “Kamp Nou”da Messiyə vida matçı keçiriləcək. Klub tərəfindən mənə bunu təsdiqləyiblər”.

Messi 2004-2021-ci illərdə “Barselona”nın formasını geyinib. Hazırda “İnter Mayami”də top qovan argentinalı hücumçu 2021-2024-cü illərdə PSJ-də çıxış edib.

Messi oktyabrın 7-də Argentina yığması ilə vida matçına çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью