Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-də mövsümün ən dəyərli futbolçusuna verilən Lendon Donovan mükafatının finalçıları sırasına düşüb.
İdman.Biz xəbər verir ki, argentinalı futbolçunun rəqibləri Evander (“Sinsinnati”), Gilyerme (“Hyuston Dinamo”), Hani Muxtar (“Neşvill”) və Kavan Sallivan (“Filadelfiya Yunion”) olacaq. Messi mükafatı ardıcıl üçüncü dəfə qazanmaq şansına malikdir.
17 yaşlı Sallivan isə bu mükafatın finalçıları sırasına daxil olan ən gənc futbolçu və ilk yeniyetmə kimi MLS tarixinə düşüb.
“Orlando Siti”nin hücumçusu Antuan Qrizmann liqaya yeni qoşulan ən yaxşı futbolçu mükafatı uğrunda yarışacaq. Fransalı oyunçu bu nominasiyada Gilyerme və “Sportinq Kanzas-Siti”nin futbolçusu Andre Luislə rəqabət aparacaq.
Finalçılar klubların texniki heyətlərinin, əsas komanda futbolçularının və seçilmiş media nümayəndələrinin səsverməsi ilə müəyyənləşib. Qaliblər MLS Kubokunun pley-off mərhələsi ərzində elan olunacaq.