Messi uduzduqları matçda hakimi bu sözlərlə təhqir etdi

15.11.2024

Icma.az, Fanat saytına istinadən bildirir.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində qonaq qismində Paraqvaya uduzan (1:2) Argentina millisinin superulduzu Lionel Messi oyun zamanı hakimi təhqir edib.

Fanat.Az xəbər verir ki, məlumatı "RMC Sport" yayıb.

Xəbərə görə, Leo qaydanı pozan paraqvaylı oyunçunu meydandan qovmayan ədalət təmsilçisinə belə deyib: "Özünü batırmısan. Səndən xoşum gəlmir".

Qeyd edək ki, Argentina növbəti matçını Peruya, Paraqvay Boliviyaya qarşı keçirəcək.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью