Messi uzun müddət sonra meydana çıxdı

10.06.2026

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Futbol üzrə Argentina yığması yoldaşlıq görüşündə İslandiya millisi üzərində 3:0 hesabı ilə qələbə qazanıb. Qarşılaşma ABŞ-də baş tutub.

Milli.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, qolları Valentin Barko (8-ci dəqiqə), Lionel Messi (72-ci dəqiqədə, penaltidən) və Tyaqo Almada (86-cı dəqiqədə) öz aktivlərinə yazdırıblar.

"Qızıl top"un səkkizqat sahibi olan Messi 70-ci dəqiqədə əvəzetmədən meydana daxil olub. O, mayın 25-də "İnter Mayami" və "Filadelfiya" arasında keçirilən ABŞ Ali Futbol Liqasının (MLS) oyununda zədələndikdən sonra ilk dəfə matçda iştirak edib. 

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью