Messi və komanda yoldaşları Bakıda Video+Şəkillər

11.12.2024

Icma.az bildirir, Qol.az portalına istinadən.

Futbol əfsanəsi Lionel Messi Bakıya gəlib.

QOL.az Oxu.Az-a istinadən xəbər verir ki, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda iş adamı Adnan Əhmədzadə qarşılayıb. 

Bu gün Bakı Kristal Zalında keçiriləcək tədbir üçün Azərbaycana gələnlər sırasında dünya çempionu, səkkiz dəfə "Qızıl top" mükafatı qazanan Lionel Messi ilə yanaşı dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba da var.

Tədbirdə xüsusi musiqi atmosferi olacaq.

Dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur "Morandi" qrupu çıxış edəcəklər. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью