Messi və komanda yoldaşları Bakıya gəldilər

11.12.2024

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya ulduzu Lionel Messi Bakıya gəlib. Sport24.az Oxu.Az-a istinadən xəbər verir ki, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda iş adamı Adnan Əhmədzadə qarşılayıb. 

Bu gün Bakı Kristal Zalında keçiriləcək tədbir üçün Azərbaycana gələnlər arasında dünya çempionu, səkkiz dəfə "Qızıl top" mükafatı qazanan Lionel Messi ilə yanaşı, tanınmış futbolçular Luis Suares, Serxio Buskets və Jordi Alba da var.

Tədbirdə xüsusi musiqi atmosferi olacaq.

Dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur "Morandi" qrupu çıxış edəcəklər. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью