Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suarez, Serxio Buskets (Sergio Busquets) və Xordi Alba (Jordi Alba) dekabrın 11-də Heydər Əliyev Mərkəzində olublar.
Milli.Az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüşən qonaqlar Mərkəzdə təqdim olunan sərgiləri də ziyarət ediblər.
Lionel Messi və komanda yoldaşları "Azərbaycan xalçası-ilmələrin rəqsi" adlı xalça kolleksiyası, "Klassik avtomobil sərgisi" və digər ekspozisiyalarla tanış olublar.
Milli.Az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.