Messi və komanda yoldaşlarının Bakıda fanatlarla görüşü başlayıb FOTO

11.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

ABŞ-nın "Inter Miami" futbol klubunun əfsanəvi oyunçusu Lionel Messi və komanda yoldaşları Luis Suarez, Serxio Buskets (Sergio Busquets) və Xordi Albanın (Jordi Alba) Bakı Kristal Zalında fanatları ilə görüşünə həsr olunan əyləncəli mərasimin açılışı olub.

APA xəbər verir ki, tədbirin aparıcısı Murad Dadaşovun dəvəti ilə əvvəlcə səhnəyə "Natiq" ritm qrupu çıxıb.

Onların çıxışından sonra müğənni Willy Williams səhnədə görünüb.

Fanatlar onun ifalarını çoşğu ilə qarşılayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью