Messi və komanda yoldaşlarının tədbirinə əlavə biletlər satışa çıxarıldı

08.12.2024

Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lionel Messi və komanda yoldaşlarının tədbirinə əlavə biletlər satışa çıxarılıb.

Görüş dekabrın 11-də Bakı Kristal Zalında baş tutacaq.

Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək.

Bakı Kristal Zalının səhnəsində dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William) və məşhur “Morandi” qrupu çıxış edəcək. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.

Biletləri iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью