Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Futbolun əfsanələri Lionel Messi və Kriştiano Ronaldo ilk və son dəfə eyni komandada oynaya bilərlər.
ESPN Argentina və TNT Sports Argentina-nın məlumatına görə, Argentina millisinin sabiq hücumçusu Karlos Teves hər iki futbolçunu vida matçına dəvət edib.
42 yaşlı Tevesin vida matçının 19 dekabrda Buenos-Ayresdəki “La Bombonera” stadionunda keçirilməsi planlaşdırılır. Gözlənilir ki, matçda Tevesin illər ərzində birlikdə oynadığı təxminən 60 futbolçu iştirak edəcək.
Messi və Ronaldodan başqa, dəvət olunanlar arasında Ueyn Runi, Andrea Pirlo və digər tanınmış futbolçuların da ola biləcəyi bildirilir.
Teves 2007–2009-cu illərdə “Mançester Yunayted”də Ronaldo ilə komanda yoldaşı olub. O, Messi ilə isə uzun illər Argentina millisində birlikdə oynayıb.
Messi və Ronaldonun mümkün birgə çıxışı futbol tarixinin ən unikal və yaddaqalan hadisələrindən birinə çevrilə bilər.