Messi və Ronaldo eyni matçda meydana çıxa bilərlər

28.11.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Argentina millisinin və “Mançester Siti”nin sabiq hücumçusu Karlos Teves vida oyunu keçirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, dekabrın 20-də baş tutacaq qarşılaşmaya dünya futbolunun iki ulduzu – Lionel Messi və Kriştiano Ronaldo dəvət olunub.

Messi görüşdə iştirak edəcəyini rəsmən təsdiqləyib. Portuqaliyalı futbolçunun isə matça qatılıb-qatılmayacağı hələ dəqiqləşməyib.

Qarşılaşma Buenos-Ayresdəki “La Bombonera” stadionunda keçiriləcək.

Qeyd edək ki, Teves və Ronaldo 2007–2009-cu illərdə “Mançester Yunayted”də birlikdə çıxış ediblər.

UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq” “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью