Messi və Ronaldo: İli kim necə başa vurub? İdman və Biz | Icma.az
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2024-cü ilin “The Best” mükafatı uğrunda mübarizədə 6-cı yeri tutan Lionel Messidən fərqli, Kriştiano Ronaldo sonuncu dəfə 2021-ci ildə bu mükafata namizədlər arasında yer alıb.
İdman.biz iki futbol əfsanəsinin 2024-cü ildə qazandığı titul və mükafatları xatırladır.
Messi 2024-cü ilin yayında Argentina millisi ilə Amerika kubokunun qalibi olub ki, bu da onun sözügedən yarışda ikinci çempionluğudur.
AVRO-2024 isə Kriştiano Ronaldo üçün uğursuz keçib: Portuqaliya millisi dörddəbir finalda büdrəyib, özü də yarış ərzində qol vura bilməyib.
Messi daha bir uğuru klubu “İnter Mayami” ilə yaşayıb: komanda olaraq MLS müntəzəm çempionatının qalibi kimi “Supporters' Shield” kubokunu qazanıblar.
MLS kuboku uğrunda mübarizəni erkən dayandırsalar da, argentinalı ulduz liqanın “Ən dəyərli futbolçusu” mükafatına layiq görülüb.
Oktyabrda, həmçinin İspaniyanın “Marca” nəşri tərəfindən futbol tarixində ən çox titul qazanan oyunçu kimi xüsusi “Marca America Award”la mükafatlandırıb.
Tam oxu
Xəbəri oxu