Messi və Ronaldu elə bir şey etdilər ki...

25.06.2026

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünya futbolunun iki yaşayan əfsanəsi Lionel Messi və Kriştianu Ronaldu Dünya Çempionatları tarixində unikal bir rekorda birlikdə imza atıblar.

Fanat.Az xəbər verir ki, hər iki ulduz futbolçu turnir tarixində vurduqları ilk və son qolları arasında keçən ən uzun müddət rekordunu bərabər şəkildə bölüşürlər.

Lionel Messi Dünya Kubokunda ilk qolunu 16 iyun 2006-cı ildə, son qolunu isə 22 iyun 2026-cı ildə rəqib qapısından keçirib. Kriştiano Ronaldo isə bu marafona 17 iyun 2006-cı ildə başlayaraq, son qolunu düz 20 il sonra, yəni 23 iyun 2026-cı ildə rəsmiləşdirib.

Beləliklə, hər iki dahi oyunçu turnirdəki ilk və son qolları arasında tam 20 il 11 günlük bir müddətə ulaşaraq futbol tarixinə qızıl hərflərlə adlarını yazdırıblar

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью