Messi və Suares fərq yaratdı

15.10.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Lionel Messinin çıxış etdiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Mayami təmsilçisi 29-cu turda “Nyu-York Siti” ilə qarşılaşıb. Görüş “İnter Mayami”nin qələbəsiylə başa çatıb – 2:0.

Qolları Rodriqo De Paul və Herman Berterame vurub. Messi və Luis Suares bu görüşdə məhsuldar ötürmə ilə yadda qalıb.

“İnter Mayami” 29 turdan sonra 52 xalla üçüncü sıradadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью