Messi və Suares futbol klubu təsis ediblər

28.05.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

“İnter Mayami” klubunun futbolçuları – səkkizqat “Qızıl top” sahibi Lionel Messi və İspaniya çempionluğunu beş dəfə qazanmış uruqvaylı Luis Suares – öz futbol klublarını yaratdıqlarını elan ediblər.
APA xəbər verir ki, bu barədə Suares "X" hesabında paylaşım edib.

Yeni yaradılmış komanda “Deportivo LSM” adlanır və Uruqvay çempionatının güc baxımından dördüncü divizionunda çıxış edəcək.
“LSM” futbolçuların adlarının baş hərflərini ifadə edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью