Messi və Suares İnter Mayami ni 1/8 finala daşıdılar

26.02.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gecə KONKAKAF Çempionlar Kubokunun ilk mərhələsinin cavab oyununda "İnter Mayami" "Sportinq Kanzas-Siti" ilə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, görüş Mayami təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"İnter Mayami"nin heyətində Lionel Messi və Luis Sures hərəyə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıblarsa, digər qola Tadeo Alyende imza atıb.

Tərəflərin ilk duelində də "vağlar"ın qələbəsi qeydə alınmışdı - 1:0. Argentinalı superulduz Messi həmin görüşdə də adını tabloya yazdırmışdı.

Beləliklə, turnirin növbəti mərhələsinə - 1/8 finala yüksələn "İnter Mayami" bu raundda Yamaykanın "Kavaler" klubu ilə üz-üzə gələcək.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью