Messi və Suares qol vurdu, İnter Mayami mərhələ adladı

14.03.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

“İnter Mayami” KONKAKAF Çempionlar Kubokunda növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, ABŞ təmsilçisi Yamaykanın “Kavalyer” klubu ilə qarşılaşıb. Matç “İnter Mayami”nin qələbəsi ilə başa çatıb – 2:0.

Komandanın qollarını Luis Suares və Lionel Messi vurub. Mayami klubu ilk oyunda da eyni hesabla qalib gəlmişdi.

“İnter Mayami” 1/4 finalda ABŞ-nin digər təmsilçisi “Los Anceles”lə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью