Messi və Suares rəmzi komandada

13.10.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

MLS-də həftənin rəmzi komandası açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “İnter Mayami”nin futbolçuları Lionel Messi və Luis Suares “11-lik”də yer alıb.

Onlar “Di Si Yunayted”lə matçda göstərdikləri performansa görə fərqləniblər. Messi və Suares komandalarının 4:0 hesabıyla qələbə qazandığı görüşdə hərəyə iki qol vurub.

“İnter Mayami” 28 turdan sonra 49 xalla ikinci sıradadır. Mayami təmsilçisi lider “Neşvill”dən 14 xal geri qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью