Messi və Suaresin dublu ilə “İnter Mayami” qələbə qazandı VİDEO

11.10.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Argentinalı futbolçu Lionel Messi “İnter Mayami”nin heyətində növbəti qollarını vurub.
Bizim.Media xəbər verir ki, 39 yaşlı hücumçu MLS-in müntəzəm mövsümünün XXVIII turunda “DC Yunayted”lə ev oyununda (4:0) dubl edib.
Ulduz futbolçu rəqib qapısından hər iki topu matçın ikinci hissəsində keçirib. O, 47-ci və 60-cı dəqiqələrdə fərqlənib. Digər qolları isə komandanın uruqvaylı forvardı Luis Suares vurub.
Qeyd edək ki, bu qələbə ilə xallarının sayını 49-a çatdıran “İnter Mayami” turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.

Bizim.Media
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью