Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
"İnter Mayami"nin hücumçusu Luis Suares İspaniya yığmasının vingeri Lamin Yamal və Argentina millisinin kapitanı Lionel Messi arasında aparılan müqayisələrə şərh verib.
Sportal.az xəbər verir ki, "Mundo Deportivo"ya danışan təcrübəli forvard müqayisəni yersiz hesab edib:
"Bəli, bu cür müqayisələr çoxalıb. Əslində, Messi və Yamalın müqayisə edilməsi yersizdir. Onlar fərqli tip oyunçulardır. Bəli, onların fantastik sol ayağı, eyni bacarıq səviyyəsi var, amma tamamilə fərqli oyunçulardır. Nəticələr öz sözünü deyir və Leonun yaşında nail olduğu nailiyyətlər də tərifə layiqdir. Ümid edək ki, Lamin ən azı eyni səviyyəyə çatacaq".
Yamal və Messi DÇ-2026-da öz milli komandalarının heyətində yer alıblar. Lamin turnirdə bir, Messi isə beş qol vurub.
saytlarin hazirlanmasi