Messi və yoldaşlarının Bakı səfəri BAŞA ÇATDI FOTO/VİDEO

11.12.2024

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dekabrın 11-də futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Albanın Azərbaycana səfəri başa çatıb.
Bizim.Media xəbər verir ki, futbolçuları hava limanından iş adamı Adnan Əhmədzadə yola salıb.
Qeyd edək ki, səfər çərçivəsində futbolçu və komanda yoldaşları ilə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, Qarabağ atlarını izləyib, Bakı Kristal Zalında fanatları ilə görüşüb və Heydər Əliyev Mərkəzində olub.






Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью