Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Argentina millisinin kapitanı Lionel Messi növbəti tarixi rekorda imza atıb.
Apasport.az xəbər verir ki, 39 yaşlı hücumçu DÇ-2026-nın 1/16 finalında Kabo-Verde ilə keçirilən görüşdə meydana çıxmaqla dünya çempionatları tarixində 30 matç keçirən ilk futbolçu olub.
Messi bununla Almaniya futbolunun əfsanəsi Lotar Matteusun rekordunu geridə qoyub. Matteus mundiallarda 29 oyunda forma geyinmişdi.
Qeyd edək ki, Messi dünya çempionatlarında debütünü 2006-cı il iyunun 16-da Serbiya və Monteneqroya qarşı matçda edib.
Hazırda onun mundiallarda 19 qolu və 12 məhsuldar ötürməsi var.
DÇ-2026-dan sonra ayrılıqlar - 6 milli baş məşqçisini göndərdi Niderlandın penalti kabusu davam etdi - 3 mundialdır eyni aqibət 50 illik seriya bitdi - Almaniya penaltilərdə uduzdu DÇ-2026-da ilk əlavə vaxt - Almaniya və Paraqvay 90 dəqiqəyə "sığmadı" Kanada tarix yazdı - İlk dəfə DÇ-da 1/8 finala yüksəldi