Messi zədələnib? Baş məşqçidən açıqlama

25.05.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Lionel Messi MLS-də “Filadelfiya” ilə keçirilən və 6:4 hesabı ilə başa çatan oyunda zədə şübhəsi ilə əvəzlənib.

İdman.Biz xəbər verir ki, “İnter Mayami”nin baş məşqçisi Gilyermo Oyos futbolçunun vəziyyəti barədə danışıb.

Mütəxəssisin sözlərinə görə, Messi matç zamanı ciddi yorğunluq hiss edib:

“Bildiyim qədərilə hələ yekun tibbi rəy yoxdur. Amma yaxın vaxtda açıqlanacaq. O, həqiqətən çox yorulmuşdu. Bu, sadəcə yorğunluq idi. Meydança ağır idi. Şübhə yarananda risk etməmək daha yaxşıdır”.

Mətbuatda qeyd olunur ki, argentinalı ulduz ehtiyat tədbiri olaraq əvəzlənib. Buna səbəb isə onun sol budunun arxa hissəsində yüngül dartınma olmasıdır.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью