Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Argentinalı ulduz futbolçu Lionel Messi minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan millisini təbrik edib.
QOL.az xəbər verir ki, bu barədə iş adamı Adnan Əhmədzadə sosial şəbəkə hesabında video paylaşıb.
Videoda 37 yaşlı forvardın qələbə münasibətilə Azərbaycan xalqına təbrik ünvanladığı qeyd olunub.
Xatırladaq ki, ötən gün Azərbaycan minifutbol yığması Bakıda keçirilən dünya çempionatının qalibi olub. Komandamız final görüşündə Macarıstanı 4:2 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb.
Sözügedən görüntüləri təqdim edirik: