Messidən daha bir rekord Ardıcıl 7 ci DÇ matçında qol vurdu

28.06.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Lionel Messi DÇ tarixində daha bir rekorda imza atıb.

Apasport.az xəbər verir ki, Argentina millisinin kapitanı ardıcıl 7 dünya çempionatı matçında qol vuran ilk futbolçu olub.

Messinin qol vurduğu son 7 oyun:

DÇ-2022: Avstraliya, Niderland, Xorvatiya, Fransa

DÇ-2026: Əlcəzair, Avstriya, İordaniya

Qeyd edək ki, Messidən əvvəl bu rekordu 6 ardıcıl dünya çempionatı matçında qol vuran iki futbolçu – Fransa millisinin sabiq hücumçusu Jüst Fonten (1958) və Braziliya əfsanəsi Jairzinyo (1970) bölüşürdü. Argentina millisinin kapitanı İordaniya ilə oyunda fərqlənərək seriyanı 7 matça çatdırıb və bu göstəricidə tək rekordçu olub.

İranın arzuları 90+6-da məhv oldu - Avstriyanın qoluyla mundialla vidalaşdı DÇ-də qardaşlardan tarixi ilk - Fərqli millilərdə qol sevinci İran gözləmədədir - Taleyi Əlcəzair - Avstriya matçından asılıdır Vissa Özbəkistanı tək keçdi - 2 qolla matçın ən yaxşısı oldu Messi skamyada - 20 ildən sonra ilk dəfə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью