Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Futbol üzrə Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatında daha iki rekorda imza atdı.
Redaktor.az xəbər verir ki, o, komandasını 3-cü dəfə DÇ-nin finalına çıxaran yeganə futbolçu adını qazandı.
Messi həmçinin dünya çempionatının finalında oynayan ən yaşlı (39) futbolçu kimi də tarixə düşdü.
Qeyd edək ki, hazırda ABŞ-də futbol üzrə 2026-cı il dünya çempionatının final oyunu keçirilir. Argentina finalda İspaniya millisi ilə qaşılaşır.
T.İSMAYIL