Messidən duyğusal paylaşım: Sənin üçün darıxacağam

22.04.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Argentina millisinin kapitanı Lionel Messi Roma Papası Fransiskin ölümünə biganə qalmayıb.

Fanat.Az xəbər verir ki, ulduz futbolçu bu barədə "Instagram" hesabında paylaşım edib.

O, Fransisklə fotosunu yerləşdirərək onu digərlərindən fərqli və eyni zamanda yaxını adlandırıb:

"Dünyanı daha yaxşı bir yerə çevirdiyiniz üçün təşəkkür edirəm. Sənin üçün darıxacağam".

Papa Fransisk bu gün, aprelin 21-də 89 yaşında vəfat edib. Futbol sevgisi ilə tanınan Xorxe Mario Berqoglio argentinalıdır.

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью