Messidən “İnter Mayami” QƏRARI İdman və Biz

13.11.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Argentina millisinin ulduzu Lionel Messinin klub karyerası ilə bağlı qərarı bəlli olub.

İdman.biz xəbər verir ki, 37 yaşlı hücumçu “İnter Mayami” ilə müqaviləsi bitənə qədər MLS klubunda qalacaq.

O, 2025-ci ilin sonunadək ABŞ təmsilçisində çıxış etməyə qərar verib. Messi DÇ-2026-ya daha yaxşı hazır olmaq üçün Şimali Amerikada oynamağı zəruri hesab edir.

Qeyd edək ki, Lionel 2023-cü ilin yayında keçdiyi Mayami təmsilçisində 39 matçda 34 qol və 18 assistə imza atıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью