Messidən karyerası ilə bağlı gözlənilməz qərar | Icma.az
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Argentina millisinin ulduz futbolçusu Lionel Messi "Simplemente Futbol" sosial media kanalına müsahibə verib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, oyunçu maraqlı açıqlamaları lə diqqət çəkib. "Barselonada oynamağı xəyal edirdim.
Həmişə orada olmaq istəyirdim, lakin bu mümkün olmadı", - deyən argentinalı təcrübəli futbolçu 2026-cı ildə keçiriləcək Dünya Çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı sualı belə cavablandırıb: "2026 Dünya Çempionatı ilə bağlı qərarımı bu il verəcəyəm.
Bu il bu baxımdan çox vacib olacaq." Messi həmçinin karyerasında əldə etdiyi uğurlardan bəhs edib: "Dünya Çempionatını qazana bilmirdim, amma qazandım.
Bütün titulları qazandım. Artıq futboldan heç nə istəyə bilmərəm".
O, "Barselona"da birlikdə çalışdığı məşqçi Pep Qvardiola haqqında isə bunları deyib: "Pep başqa bir dünyadandır.
O, fərqlidir və heç kimin görə bilmədiyi şeyləri görür. Futbolu dəyişdi.
Tam oxu
Xəbəri oxu