Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi MLS tarixində unikal rekorda imza atıb.
Milli.Az xəbər verir ki, argentinalı hücumçu "Atlanta Yunayted"lə ev oyununda (2:2) bir məhsuldar ötürmə edib. Bununla da onun cari mövsümdə qol və assistlərinin ümumi sayı 30-a (18 qol, 12 məhsuldar ötürmə) çatıb.
Ulduz futbolçu MLS tarixində 3 müxtəlif mövsümdə 30 və daha çox qolun vurulmasında birbaşa iştirak edən ilk oyunçu kimi tarixə düşüb.
Qeyd edək ki, "Atlanta Yunayted"lə qarşılaşma argentinalı ulduzun milli komandadakı karyerasını başa vurduğunu açıqlamasından sonra keçirdiyi ilk oyun olub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)