Messidən növbəti möhtəşəm nəticə: Peleni geridə qoydu

21.09.2026

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"İnter Mayami"nin hücumçusu Lionel Messi futbol tarixində cərimə zərbələrindən vurulan qolların sayına görə ikinci pilləyə yüksəlib.

Oxu.Az xəbər verir ki, argentinalı ulduz bunu MLS-də "San-Dieqo" ilə 2:2 hesablı heç-heçə etdikləri matçda bacarıb.

39 yaşlı futbolçu karyerasında cərimə zərbələrindən 71-ci qolunu vuraraq əfsanəvi Peleni (70) geridə qoyub. Bu göstəricidə rekord 77 qolla Juninyo Pernambukanoya məxsusdur.

Qeyd edək ki, Messi "San-Dieqo" ilə oyunda "İnter Mayami"nin heyətində rəsmi turnirlərdə 101-ci qolunu vurub. O, cari mövsümdə MLS-də keçirdiyi 22 matçda 20 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью