Messidən Ronaldoya dəstək gəlmədi

06.11.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Portuqaliya millisindəki zəngin karyerasını başa vurduğunu açıqlayan Kristiano Ronaldonun qərarı futbol dünyasında geniş əks-səda doğurub.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə müzakirə olunan əsas mövzulardan biri də Lionel Messinin bu hadisəyə hələ də heç bir reaksiya verməməsidir.

Azarkeşlər və futbol ictimaiyyəti illər əvvəl Messi Argentina millisindən ayrıldığını açıqlayanda Ronaldonun sosial şəbəkədə ona dəstək və təbrik mesajı yazdığını xatırladıblar. İndi isə portuqaliyalı ulduzun milli komanda ilə vidalaşmasına Messinin hər hansı təbrik və ya dəstək mesajı ünvanlamaması sosial mediada tənqid olunan əsas məqamlar arasındadır.  Sezar pizza

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью