Icma.az, Qol.az saytına istinadən bildirir.
“İnter Mayami”nin hücumçusu Lionel Messi Argentina Futbol Federasiyasına (AFA) rəsmi məktub göndərib.
QOL.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
Mənbənin yazdığına görə, 39 yaşlı futbolçu federasiyadan onun adından və görüntülərindən kommersiya məqsədləri üçün istifadəni dayandırmağı tələb edib.
Argentina millisinin sabiq kapitanı öz imicinin ölkə futbolunun rəhbər şəxsləri ilə əlaqələndirilməsini istəmir. Bildirilir ki, AFA-nın Messinin adından və fotolarından kommersiya məqsədləri üçün istifadə etməsi futbolçunun beynəlxalq sponsorlarla münasibətlərinə mənfi təsir göstərə bilər.
Messinin bu qərarı Argentina Futbol Federasiyası ətrafında yaranmış maliyyə qalmaqalları, həmçinin qurumun 2022-ci ilin dünya çempionunun kommersiya tərəfdaşları ilə fikir ayrılıqları ilə əlaqələndirilir.