Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Argentina millisi sentyabr-oktyabr aylarında ölkəsində 3 yoldaşlıq oyunu keçirəcək.
QOL.az xəbər verir ki, Lionel Skaloninin rəhbərlik etdiyi komanda ilk matçını sentyabrın 30-da Kordova əyalətindəki “Mario Alberto Kempes” stadionunda Boliviyaya qarşı keçirəcək.
Argentina oktyabrın 3-də Buenos-Ayresdəki “River Pleyt” stadionunda Burkina-Faso, oktyabrın 6-da isə Benin millisi ilə üz-üzə gələcək.
Xatırladaq ki, Argentina DÇ-2026-nın finalında İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə uduzub. Bundan başqa, Lionel Messi avqustun 31-də Argentina millisindəki karyerasını başa vurduğunu açıqlayıb.