Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd

07.10.2026

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lionel Messinin Argentina millisindəki karyerasını başa vurmasının ardından 10 nömrəli forma üçün üç namizədin adı gündəmə gəlib.

Sherg.az xəbər verir ki, “Foot Mercato”nun məlumatına görə, Niko Pas, Lautaro Martines və Xulian Alvares Messidən sonra 10 nömrəli formanı geyinməyə əsas namizədlər hesab olunur.

FIFA qaydalarına görə 10 nömrəli formanı təqaüdə çıxarmaq mümkün deyil. Argentina Futbol Assosiasiyasının isə yoxlama oyunlarında bu nömrənin istifadəsini məhdudlaşdıra biləcəyi bildirilir.

Qeyd edək ki, Messi milli komandaya vida matçında Beninə qarşı 1 qol və 2 məhsuldar ötürmə edib. Argentina görüşdə 3:0 hesabı ilə qalib gəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью