Messidən sonra ən yaxşı futbolçu odur Barselona nın yarımmüdafiəçisi

16.01.2025

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Barselona”nın 20 yaşlı yarımmüdafiəçisi Qavi İspaniya kubokunun 1/8 final mərhələsinin “Betis”lə oyunundan (5:1) sonra Kataloniya komandasının 17 yaşlı cinah yarımmüdafiəçisi Lamin Yamalı dünyanın ən yaxşı futbolçusu hesab edib-etmədiyi sualını cavablandırıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, cavabında “Bəli, bu doğrudur. Lionel Messidən sonra o, ən yaxşısıdır”, deyib.

Xatırladaq ki, “Betis”lə oyunda Qavi 3-cü dəqiqədə ilk qolu vurub. Yamalın bir qolu və bir asisti var.

17 yaşlı futbolçu Kataloniya komandasına 2023-cü ilin iyulunda qoşulub. Bu mövsüm Yamal 24 oyunda iştirak edib, burada 9 qol vurub və 13 məhsuldar ötürmə edib. Transfermarkt portalına görə futbolçunun transfer dəyəri 180 milyon avrodur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью