Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Messidən sonra Ronaldo da 6-cı mundialına çıxdı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünya çempionatları tarixində növbəti rekord göstəriciyə imza atıb.
QOL.az xəbər verir ki, 41 yaşlı forvard DÇ-2026-nın K qrupunda Konqo Demokratik Respublikası ilə oyuna start heyətində çıxmaqla karyerasının 6-cı dünya çempionatında iştirak edib.
Bununla da Ronaldo bu nailiyyətə çatan ikinci futbolçu olub. Daha əvvəl yalnız Lionel Messi 6 dünya çempionatında meydana çıxmağı bacarmışdı.
Bundan əvvəl meksikalılar Antonio Karbaxal, Andres Quardado və Rafael Markes, eləcə də almaniyalılar Lotar Matteus və Manuel Noyer 5 dünya çempionatında iştirak ediblər.