Messidən unikal REKORD

11.11.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Argentina millisinin keçmiş kapitanı və ABŞ-nin "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi futbol tarixində yeni bir rekorda imza atıb.

Redaktor.az xəbər verir ki, 39 yaşlı hücumçu Peşəkar Futbolçular Assosiasiyaları Beynəlxalq Federasiyası (FIFPRO) tərəfindən tərtib olunan 2026-cı ilin rəmzi komandasına ("World 11") daxil edilib.

Bununla da Messi karyerası ərzində 18-ci dəfə bu nüfuzlu siyahıda yer alaraq özünə məxsus dünya rekordunu yeniləyib. İlk dəfə 2007-ci ildə rəmzi komandaya seçilən argentinalı ulduz 2023-cü ilə qədər ardıcıl 17 il bu uğuru təkrarlamışdı. İki illik fasilədən sonra yenidən zirvəyə qayıdan futbolçu bütün zamanların mütləq rekordçusu adını qoruyub. Bu göstəricidə onun ən yaxın izləyicisi 15 dəfə rəmzi heyətə düşən Kriştianu Ronaldudur.

Qeyd edək ki, yalnız peşəkar futbolçuların səsləri ilə müəyyənləşən builki sorğuda 73 ölkədən 19 806 oyunçu iştirak edib. Səsvermədə Messinin həm "İnter Mayami"dəki məhsuldar çıxışı, həm də ötən ay vida etdiyi Argentina millisinin heyətindəki oyunları nəzərə alınıb.

2026-cı ilin "FIFPRO World 11" rəmzi komandası:

Qapıçı: David Raya ("Arsenal") Müdafiəçilər: Pau Kubarsi ("Barselona"), Əşrəf Hakimi (PSJ), Nunu Mendeş (PSJ) Yarımmüdafiəçilər: Cud Bellinqem ("Real Madrid"), Rodri ("Mançester Siti" / "Barselona"), Vitinya (PSJ) Hücumçular: Erlinq Haaland ("Mançester Siti"), Kilian Mbappe ("Real Madrid"), Lionel Messi ("İnter Mayami"), Lamin Yamal ("Barselona")

Turan ASLAN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью