Messidən xeyirxah addım

04.08.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Messidən xeyirxah addım

Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi İspaniyada meşə yanğınlarından zərər çəkmiş bölgələrə dəstək göstərib.

QOL.az xəbər verir ki, bu barədə Madrid Muxtar İcmasının prezidenti İzabel Dias Ayuso sosial şəbəkə hesabında məlumat verib.

Bildirilib ki, Messi Madridin Sierra-Oeste bölgəsinin bərpası üçün 80 min avro ianə edib. Həmin ərazi son vaxtlar baş verən genişmiqyaslı meşə yanğınlarından ciddi ziyan görüb.

Ayuso sosial şəbəkə hesabında argentinalı futbolçuya təşəkkür edərək bunları yazıb:

“Messiyə təşəkkür edib demək istəyirəm ki, Madrid sakinləri onun gəlişini səbirsizliklə gözləyirlər ki, layiq olduğu alqışlarla qarşılaya bilsinlər”.

Qeyd edək ki, Fransa və İspaniyada anomal istilər və quraqlıq səbəbindən baş verən meşə yanğınları kütləvi təxliyələrə, yaşayış evlərinin və infrastrukturun məhv olmasına səbəb olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью