Messini keçdi, Ronaldoya yaxınlaşdı

28.11.2024

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Benfika" UEFA Çempionlar Liqasının V turunda "Monako"nu məğlub edib – 3:2. Sport24.az xəbər verir ki, Portuqaliya təmsilçisində Anxel Di Mariya iki məhsuldar ötürmə edib.

O, turnirdəki assist sayını 41-ə çatdırıb.

Argentinalı oyunçu bu göstəricidə həmyerlisi Lionel Messini qabaqlayıb. Messinin ÇL-də 40 məhsuldar ötürməsi var.

Bu göstəricidə lider isə 42 məhsuldar ötürmə ilə Kriştiano Ronaldodur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью