Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Qanalı şaman Nana Kvaku Bonsam sosial şəbəkə hesabında yaydığı açıqlamada Argentina millisinin kapitanı Lionel Messi və komandasını dünya çempionatının 1/16 finalında Kabo-Verde ilə oyundan əvvəl lənətlədiyi barədə yayılan iddiaları təkzib edib.
“Mən, Nana Kvaku Bonsam, səni sevirəm, qardaşım Messi. Bu gün komandanın məğlub olacağını dediyim barədə şayiələr yayılıb, amma bu doğru deyil. Mən sənin və bütün komandanın sadiq azarkeşiyəm”.
Redaktor.az xəbər verir ki, bu barədə o paylaşımında yazıb.
Qeyd edək ki, Argentina millisi qrup mərhələsinin son turunda İordaniyanı 3:1 hesabı ilə məğlub edərək J qrupunu 9 xalla lider başa vurub. Həmin görüşdə Messi turnirdəki altıncı qolunu vurmuşdu.
2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir və 19 iyuladək davam edəcək.
Xədicə BAXIŞLI