Messini qabaqlayıb Barselona nın tarixinə düşdü

16.05.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pedri “Barselona”nın tarixinə düşüb.

QOL.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Kataloniya klubunda 200 oyun keçirən ən gənc futbolçu olub.

Onun rekordu İspaniya La Liqasının 36-cı turunda "Espanyol"la oyunda qeydə alınıb.

Pedrinin 22 yaş 171 günündə tarixi uğura imza atıb. O, bu göstəricidə klubun əfsanəsi Lionel Messini geridə qoyub. Messi 200-cü oyununu 22 yaş 273 günündə keçirib. Gənc yarımmüdafiəçinin "Barsa"dakı debütü 2019-cu il sentyabrın 27-də "Vilyarreal"a qarşı görüşə təsadüf edib.

Qeyd edək ki, "Espanyol"la matç "Barselona"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb və komanda tarixində 28-ci dəfə İspaniya çempionu tituluna yiyələnib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью