Messinin 10 nömrəsi başqa futbolçuya veriləcək

02.10.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Argentina millisinin əfsanəvi hücumçusu Lionel Messinin 10 nömrəli forması yığmada dövriyyədən çıxarılmayacaq.

İdman.Biz xəbər verir ki, Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia ulduz futbolçunun gedişindən sonra 10 nömrədən istifadə edilməməsini istədiyini bildirib. Lakin FİFA-nın qaydaları buna imkan vermir.

Belə ki, böyük beynəlxalq turnirlərdə komandalar heyətdəki hər bir futbolçuya ardıcıllıqla nömrə verməlidir. Məsələn, 26 futbolçudan ibarət heyətdə oyunçular 1-dən 26-ya qədər nömrələnməlidir. Bu səbəbdən Argentina millisinin rəsmi turnirlərdə 10 nömrəli formanı boş saxlaması mümkün deyil.

Bununla belə, Argentina yığması yoldaşlıq görüşlərində 10 nömrədən istifadə etməyə bilər.

Messi oktyabrın 7-də Beninlə keçiriləcək oyunda Argentina millisində sonuncu matçına çıxacaq.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью